Şrift:
Asim Mollazadə: Azərbaycana qarşı aparılan hibrid müharibə Avropa dəyərlərinə hücumdur
28.06.2019 [10:34] - Gündəm, Siyasət
Bu, bir faciədir, azadlığa hücumdur. Azadlıq ölkə üçün çox əzizdir. Ermənistanın təcavüzü nəticəsində Azərbaycanın 20 faiz ərazisi işğal olunub, 20 min vətəndaşı həlak olub. Ölkəmiz torpaqlarının azad olunması uğrunda mübarizə aparır. Ancaq, eyni zamanda, yeni hibrid, informasiya müharibəsinə qarşı mübarizə aparmağa da məcburuq.

Bu fikirləri AŞPA-nın yay sessiyasında “Dafne Karuana Qalizianın qətli və Maltada və digər ölkələrdə hüquqi dövlət: bütün həqiqətlərin işıqlandırılmasını təmin etmək” adlı məruzənin müzakirələri zamanı qurumdakı nümayəndə heyətimizin üzvü Asim Mollazadə söyləyib.

“Rocer Geyl söylədi ki, prinsiplər və dəyərlər satılır. Bu gün prinsip və dəyərlərin satılmasının şahidiyik. Məruzəçi Piter Omziqin Azərbaycana qarşı hücumları yeni hibrid müharibədir. Belə müharibələr daha qorxuludur. Ciddi hadisələrdən, Avropadakı faciədən, jurnalist qətlindən hibrid müharibə kimi digər ölkəyə - Azərbaycana qarşı istifadə edilir”, - deyə A.Mollazadə qeyd edib.

Nümayəndə heyətinin üzvü bildirib ki, məruzənin tərtibindən onun arxasında nə durduğunu, eləcə də P.Omziqin belə fəaliyyətlərə marağının səbəbini aydın görmək olur. Maltalı jurnalistin qətli ilə bağlı təhqiqat aparıldığı kimi, Avropada siyasi korrupsiya ilə bağlı təhqiqat aparılmalıdır.

A.Mollazadə P.Omziqi faciələrdən öz şəxsi məqsədləri üçün istifadə etməməyə çağırıb. Deputat onun Azərbaycana qarşı apardığı hibrid, informasiya müharibəsinin, eyni zamanda, Avropa dəyərlərinə qarşı hücum olduğunu diqqətə çatdırıb.

Şəhla Ağalarova
Bu xəbər oxucular tərəfindən 334 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed