Şrift:
Azərbaycanın qadın bələdiyyə üzvləri Gürcüstanda səfərdə olublar
28.06.2019 [10:40] - Gündəm, Siyasət
Azərbaycanın qadın bələdiyyə üzvlərindən ibarət nümayəndə heyyəti iyunun 18-20-də Gürcüstanın Tbilisi şəhərində “Gender Bərabərliyinə dair Dialoqun təşviqi üçün gender problematikasının təhlili və icmanın iştirakı” adlı təlimdə iştirak edib.

Təlim Almaniya Beynəlxalq Əməkdaşlıq təşkilatının Cənubi Qafqazda Yaxşı Yerli Özünüidarəetmə Proqramı tərəfindən təşkil olunub.

Azərbaycanın şəhər və rayon bələdiyyə sədrləri və bələdiyyə üzvləri , həmçinin Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən , Azərbaycan Bələdiyyələri Milli Assosiasından olan qadınlar tədbirdə fəal şəkildə təmsil olunub.

Seminarlarda yerli siyasətdə gender məsələlərinin təhlili və qadınların iştirak modelləri, gender inteqrasiyasında SWOT (güclü tərəflər, zəif tərəflər, imkanlar və təhlükələr) analizi və Venn Diaqramı praktiki alət kimi, praktiki və strateji gender ehtiyacları, gender təhlili gender məsələlərinin yerli siyasətə inteqrasiyasının əsası kimi, icma səfərbərliyi və qadınların iştirak modelləri bələdiyyə Planlarında Gender Bərabərliyinin Tərəfdarları mövzuları ətrafında müzakirələr aparılıb, qrup işləri təqdim olunub.

Təlim avstriyalı beynəlxalq ekspert Barbara Küjas tərəfindən aparılıb.
Bu xəbər oxucular tərəfindən 356 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed