Şrift:
Rusiyanın yanğın baş vermiş sualtı gəmisi tədqiqatlarla yanaşı, kəşfiyyat işləri də aparır
03.07.2019 [10:33] - Gündəm, Siyasət
Yanğın nəticəsində 14 dənizçinin həlak olduğu Rusiya sualtı gəmisi tədqiqat və xilasetmə əməliyyatları ilə yanaşı, kəşfiyyat işləri də aparır.

İyulun 1-də Rusiya Hərbi Dəniz Donanmasına məxsus dərin sularda üzən atom sualtı gəmisində yanğın nəticəsində 14 dənizçi həlak olub. Hadisə ilə əlaqədar Rusiya Prezidenti Vladimir Putin “Reki Rossii” forumunda iştirakdan imtina edərək Kremlə qayıdıb və müdafiə naziri Sergey Şoyqu ilə görüşüb. V.Putin dənizçilərin ailələrinə başsağlığı verərək bildirib ki, həlak olanlardan yeddi nəfəri birinci dərəcəli kapitan, iki nəfəri isə Rusiya Qəhrəmanı olub.

Sualtı gəmidə yanğının başvermə səbəbləri hələlik məlum deyil. Peşəkar dairələrdə “Loşarik” adlanan “AC-12” gəmisi Rusiyada istehsal olunmuş qabaqcıl məxfi sualtı aparatlardan biridir. 1995-ci ildə istehsal olunmuş gəminin heyəti 25 nəfərdən ibarət olub. Sualtı gəmidə silah olmasa da o, sualtı minalar quraşdıra, kommunikasiyaları zədələyə bilir. Hazırda aparat Murmansk vilayətinin Severomork şəhərinə gətirilib.

Fəridə Abdullayeva
Bu xəbər oxucular tərəfindən 367 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed