Şrift:
İtalyan David Sassoli Avropa Parlamentinin yeni sədri seçilib
04.07.2019 [10:37] - Gündəm, Siyasət
Yeni çağırış Avropa Parlamentinin sədri vəzifəsinə italiyalı sosial-demokrat David-Maria Sassoli seçilib.

Səsvermənin ikinci turunun nəticələrinə əsasən, David Sassoli 345 səs toplayıb. Qələbə üçün deputatların 343-nün səsi lazım gəlirdi.

Florensiyadan olan 63 yaşlı sabiq jurnalist Sassoli 2009-cu ildən Avropa Parlamentinin deputatıdır. Vaxtilə təşkilatın vitse-spikeri vəzifəsində çalışıb.

Xatırladaq ki, səsvermənin bu gün səhər saatlarında keçirilən ilk raundunda dörd namizədin heç biri lazımi miqdarda səs yığa bilməmişdi.
Bu xəbər oxucular tərəfindən 350 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed