Şrift:
Bakı Uşaq Teatrının "Günay" studiyası 16-cı teatr mövsümünü "Qızıl Açar" və "Arşın mal alan" tamaşaları ilə tamamlayır.
05.07.2019 [09:13] - Gündəm, Afişa
Bakı Uşaq Teatrının "Günay" studiyası 16-cı teatr mövsümünü "Qızıl Açar" və "Arşın mal alan" tamaşaları ilə tamamlayır. "Günay" teatrı MDB və Avropa ölkələrində keçirilən müxtəlif beynəlxalq müsabiqələr və festivalların çoxsaylı qalibi olub, Teatr həmçinin 16-cı teatr mövsümünü çox səmərəli keçirmişdir: bu il Musa Cəlilin əsərləri əsasında "Qəddarlıq" tamaşasına görə Testene Art Baku Beynəlxalq Festivalında 1-ci dərəcə laureatı qazanıb. Studiyanın aktrisaları Mürşüdova Leyla və Əliyeva Əminə həmin festivalın “Bədii söz” solo nominasiyası üzrə 1-ci dərəcə mükafatına layiq görülüb.Mürşüdova Leyla "Kaspiyskiy briz" beynəlxalq festival-müsabiqəsində də “Bədii söz” solo nominasiyası üzrə 1-ci dərəcə laureatı olub. Gənc aktyor İvan Teleqin isə Beynəlxalq müsabiqə olan "Canlı Klassiklər"in superfinalçısı olub və Moskvada Qırmızı Meydanda çıxış etmək imkanı qazanıb. Studiya Rusiya ilə əməkdaşlıq layihəsi olan Puşkinin 220 illik və İ.Nəsimin 650 illik yubileyinə həsr olunmuş tədbirlərdə fəal iştirakına görə diplom və fəxri fərmanlarla təltif olunub. Müxtəlif festival müsabiqələrdə birinci yerin qalibi olmuş Günay teatr studiya payızda Sankt-Peterburqda keçiriləcək Bu festival birincilər arasında birinci devizi altında keçirilir. Yayda isə studiyamız Azərbaycanı gənc ifaçılar arasında keçirilən “Amberstar 2019” 10-cu beynəlxalq festival-müsabiqədə təmsil edəcək. Bu festival Riqa-Stokholm-Riqa “Romantirka” səyahət gəmisində keçirilir.
Xüsusi maraq və istəklə hazırladığımız “Qızıl Açar” tamaşasının premyerası 26 iyunda Mahnı Teatrında keçirilib. Əsasən studiyanın balacalardan ibarət qruppası tamaşada iştirak edir. Əməkdar artist Mətanət İsgəndərlinin köməyilə keçirilən premyerada fiziki qüsurlu , uşaq evlərinindən olan uşaqlar tamaşaya tamaşaçı qismində dəvət olunmuşdular.
"Arşın mal alan" tamaşası isə repertuarımızda xüsusi yer tutur. Hər iki tamaşanın xoreoqrafı Günəş Talıbova, ssenari, rejissor işi və musiqi tərtibatı Tarusova LarisaViktorovnaya məxsusdur.
Bu xəbər oxucular tərəfindən 1111 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed