Şrift:
Sumqayıt teatrının yubiley mövsümü başa çatır…
06.07.2019 [10:46] - Xəbərlər, Afişa
Sumqayıt Dövlət Dram Teatrı sumqayıtlıları və şəhərin qonaqlarını 50-ci mövsümün son tamaşasına dəvət edir. Teatr iyulun 19 –da yazıçı - dramaturq Əli Əmirlinin “Sevgilim Sumqayıt” pyesinin maraqlı səhnə versiyası ilə builki mövsümü bağlayacaq.

Teatrdan bildirilib ki, “Sevgilim Sumqayıt” tamaşası kollektivin Sumqayıtın şəhər statusu almasının 70 illiyinə hədiyyəsidir. Lirik-psixoloji, eyni zamanda sosial-ictimai xətləri ilə maraq doğuran səhnə əsərində bədii təxəyyüllə sənədli faktların sintezi maraqlı formada təqdim olunur. Quruluşçu rejissor, Xalq artisti Firudin Məhərrəmovun orijinal baxış bucağı əsərə yeni çalar qatır.

Teatr bütün teatrsevərləri mövsümün son tamaşasına dəvət edir.
Bu xəbər oxucular tərəfindən 749 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed