Şrift:
Qaz-benzin istehsalı üzrə zavodun marketinq strategiyası hazırlanacaq
06.07.2019 [10:47] - Xəbərlər, Siyasət
Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov hökumətə bu yaxınlarda istifadəyə verilmiş təbii qazdan sintetik benzin istehsal edən zavodun marketinq strategiyasını işləyib hazırlamağı tapşırıb. “Türkmenistan segodnya” rəsmi informasiya agentliyi xəbər verir ki, dövlət başçısı bu tapşırığı hökumətin 2019-cu ilin birinci yarısının yekunlarına həsr olunmuş iclasında verib.

Türkmən lider qeyd edib ki, marketinq strategiyası dünya bazarlarında yeni qaz-kimya kompleksinin istehsal etdiyi ekoloji cəhətdən təmiz avtomobil yanacağının tədarükü aspektindən hazırlanmalıdır. O vurğulayıb: “Neft və qaz emalı üzrə istehsal qurğularının səmərəli istifadəsinə nail olmaq, bu sahədə yeni texnologiyaları tətbiq etmək zəruridir”.

Dünyada analoqu olmayan təbii qazdan sintetik benzin istehsalı üzrə zavod bu il iyunun 28-də Axalda istismara buraxılıb. Müəssisənin illik istehsal gücü 600 min ton ekoloji cəhətdən təmiz ECO-93 sintetik benzini, 115 min ton maye qaz və 12 min ton təmizlənmiş dizel yanacağıdır.
Bu xəbər oxucular tərəfindən 440 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed