Şrift:
Səudiyyə Ərəbistanı Sudanda əldə olunmuş razılaşmanın ölkədə təhlükəsizliyə töhfə verəcəyinə ümid edir
06.07.2019 [10:50] - Gündəm, Siyasət
Səudiyyə Ərəbistanı Sudanın hərbi keçid şurası və müxalif “Azadlıq və dəyişikliklər uğrunda qüvvələr” birliyinin müvəqqəti mülki hökumətin qurulması barədə razılığa gəlməsini alqışlayır.

Bu barədə Səudiyyə Ərəbistanının Xarici işlər Nazirliyinin bəyanatında bildirilir.

Qeyd olunur ki, krallıq bu hadisəni alqışlayır və bu addımın ölkədə təhlükəsizliyin və sabitliyin hökm sürəcəyi yeni mühüm mərhələnin başlanğıcı olacağına ümid edir.

Xatırladaq ki, Sudanın hərbi keçid şurası və müxalif “Azadlıq və dəyişikliklər uğrunda qüvvələr” birliyi Suveren Şura adlı müvəqqəti mülki hökumətin qurulması barədə razılığa gəlib.

Asya Hacızadə
Bu xəbər oxucular tərəfindən 388 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed