Şrift:
İranda müəllimlərin həmkarlar ittifaqının üzvü həbs və şallaq cəzasına məhkum edilib
06.07.2019 [10:58] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İsfahan müəllimlərinin həmkarlar ittifaqının üzvü Həmid Rəhməti 2 saylı Şəhrza cinayət məhkəməsinin 103-cü şöbəsi tərəfindən həbs, şallaq və pul cəriməsinə məhkum edilib.

Ona qarşı “ictimai asayişi pozmaq” və “sosial şəbəkələrdə mesaj göndərməklə, insanları zorakılığa təşviq etmək” kimi ittihamlar irəli sürülüb.

Məhkəmənin hökmüylə Həmid Rəhməti 3 il həbs, 74 şallaq zərbəsi və 2 milyon nağd pul cəriməsinə məhkum edilib.

Hökmə əsasən, Rəhməti məhkumluq dövrünün 2 ayını Nayin zindanında keçirməli, ona şallaq zərbələri isə Şəhrza həbsxanasının həyatində, digər məhkumların və hakimin gözü qarşısında vurulmalıdır.

Həmid Rəhməti rəsmilərin üzvü olduğu ittifaqın sözçüsü Mahmud Beheştinin vəziyyətinə biganə yanaşdıqları üçün Şəhrza Təhsil İdarəsinin qarşısında oturaq və aclıq aksiyası keçirmiş və 2018- ci ilin dekabrın 29-da polis tərəfindən saxlanmışdı. 3 gün sonra 40 milyon tümənlik mülki vəsiqə ilə istintaq prosesinin bitməsinə qədər müvəqqəti olaraq azadlığa buraxılmışdı.

İranda müəllimləri və universitet professorlarını həbs etmək, eləcə də onları ağır cəzalara məhkum etmək geniş yayılmış haldır. Cari ilin aprel ayında Divandərə rayonunun müəllimi Ətaullah Əhsəni rayon məhkəməsinin hökmü ilə 7 il həbs cəzasına məhkum edilmişdi.

Amerika Birləşmiş Ştatlarının Dövlər Departamenti məsələyə münasibətində bildirmişdi ki, dünya İran müəllimlərinin səsini eşidir, lakin İran rejiminin rəhbərləri Bəşər Əsəd, Hizbullah, Həmas və husiləri öz xalqından üstün tutur.
Bu xəbər oxucular tərəfindən 24 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed