Şrift:
Dani Alves dünya rekordunu yeniləyib
08.07.2019 [10:28] - Gündəm, İdman
Braziliya milli komandasının futbolçusu Dani Alves dünya rekordunu yeniləyib.

Təcrübəli müdafiəçi komanda ilə qazanılan titulların sayında özünün məxsus olduğu rekord göstəricini 40-a çatdırıb.

Dünyanın ən titullu futbolçusu yubiley uğuruna Amerika kubokunda imza atıb. O, Braziliya yığması ilə qitə çempionu adına yiyələnib.

36 yaşlı “sambaçı” millidə 4-cü qızıl medalına sahib çıxıb. Onun hesabında iki Amerika kuboku, iki Konfederasiyalar kuboku var.

Digər 36 titul klubların heyətində əldə olunub. D.Alves 9 dəfə ölkə çempionatı (İspaniya – 6, Fransa – 2, İtaliya – 1), 7 dəfə ölkə kuboku (İspaniya – 5, Fransa – 1, İtaliya – 1), 7 dəfə ölkə Superkuboku (İspaniya – 5, Fransa – 2), Liqa kuboku (Fransa), 3 dəfə Çempionlar Liqası (hamısı “Barselona”yla), 2 dəfə UEFA kuboku (hər ikisi “Sevilya”yla), 4 dəfə UEFA Superkuboku, 3 dəfə klublararası dünya çempionatının qalibi olub.

Qeyd edək ki, D.Alves karyerası ərzində “Bayya” (Braziliya), “Sevilya”, “Barselona” (İspaniya), “Yuventus” (İtaliya) və PSJ-də (Fransa) çıxış edib.
Bu xəbər oxucular tərəfindən 463 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed