Şrift:
Masallıda ağır QƏZA - 8 nəfər öldü
09.07.2019 [10:10] - Gündəm, Hadisə
Masallı rayonu ərazisində ağır yol qəzası baş verib. Modern.az saytı xəbər verir ki, yük maşınının "Mersedes Vito" markalı mikroavtobusla toqquşması çoxsaylı insan ölümünə səbəb olub.


Səhiyyə Nazirliyindən verilən məlumata görə, qəza nəticəsində 8 nəfər ölüb. 24 yaşlı qadın müxtəlif dərəcəli xəsarətlərlə Masallı Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Hazırda reanimasiyadadır.

İlkin məlumata görə, ölənlərin 2-si qadın, 3-ü kişi, digər 3-ü isə məktəb yaşlı uşaqdır.
Bu xəbər oxucular tərəfindən 482 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed