Şrift:
Meşginşəhrdə 3 min illik kurqan tapılıb
09.07.2019 [11:39] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Ərdəbil Əyalətinin Meşginşəhr (Xiyav) şəhərində qədim türklərə aid 3 min illik kurqan tapılıb.

Bu barədə Ərdəbil Əyaləti Mədəni İrs İdarəsinin rəisi Nadir Fəllahi jurnalistlərə açıqlama verib.

“Bu kurqan dəmir dövrü və eradan əvvəl birinci minilliyə (3 min il əvvəl) aiddir. Onun gil-palçıq memarlığı və düzbucaq şəkilində olan cənazə basdırma yerləri var. Palçıqdan olan məqbərələrin ətrafı və üstü eni və uzunluğu 2 metrdən çox olan daşlarla örtülüb.
Kurqan insan müdaxiləsi və təbii hadisələrdən qorunsun deyə bir təpənin üstündə düzəldilib.”- deyə o bildirib.

Kurqanın bölgədə Sakaların olduğü dövrə aid olduğunu ehtimal edən Nadir Fəllahi bu tipli tarixi məqbərənin ilk dəfə ölkənin şimal-qərbində tapıldığını bildirib.

İran kurqanların qədim türk millətinə aid olduğunu inkar edir. Lakin tarixçilər bu məqbərələrin türklərin yaşadığı coğrafiyalarda (Monqolustan, Şərqi Türkistan, Orta Asiya, Qafqaz, Güney Azərbaycan, Türkiyə, Macarıstan və s. kimi bölgələr) tapıldığını və onlara aid olduğunu bildirir. Güney Azərbaycanda tapılan kurqanların əhəmənilərdən əvvələ aid olması türklərin bugünkü İran coğrafiyasında dərin tarixə malik olduğunu sübut edən daha bir faktdır.

Bu barədə ötən aylarda GünAz TV-də yayımlanan sənədli filmi izləyə bilərsiniz:
Bu xəbər oxucular tərəfindən 36 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed