Şrift:
FIFA referisi Rəhim Həsənov UEFA Avropa Liqasının oyununa təyinat alıb
10.07.2019 [10:08] - Gündəm, İdman
FIFA referisi Rəhim Həsənov UEFA Avropa Liqasının birinci təsnifat mərhələsinin oyununa təyinat alıb.

AFFA-dan bildiriblər ki, o, birinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində iyulun 18-də keçiriləcək “Spartak Trnava” (Slovakiya) – “Radnik Bijeljina” (Bosniya və Herseqovina) qarşılaşmasını idarə edəcək.

R.Həsənovun köməkçiləri Namiq Hüseynov və Mübariz Haşımov olacaq.

Matçda dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirəcək.
Bu xəbər oxucular tərəfindən 347 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed