Şrift:
Azərbaycanın baş konsulu Anadolu Agentliyinə müsahibəsində diplomatiya tariximiz haqqında danışıb
10.07.2019 [10:12] - Gündəm, Türk dünyası-Turan
Türkiyənin Anadolu Agentliyi ölkəmizin İstanbuldakı baş konsulu Məsim Hacıyevin Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının yaradılmasının 100-cü ildönümü münasibətilə müsahibəsini yayıb.

Baş konsul müsahibəsində Azərbaycan Respublikasının diplomatiya tarixi haqqında ətraflı məlumat verir. O, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin əsasını qoyduğu xarici siyasət strategiyasından və diplomatik əlaqələrin inkişafına verdiyi əvəzsiz töhfələrdən bəhs edir. Ulu Öndərin xarici siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi qeyd olunur. Bildirilir ki, hər bir dövlətin möhkəm addımlarla irəliləməsi və güclənməsi üçün güclü orduya, eləcə də möhkəm xarici siyasətə ehtiyacı var ki, bu da Azərbaycanda yeridilən siyasətinin əsas istiqamətlərindən biridir.

Müsahibədə Azərbaycan-Türkiyə əlaqələrinə toxunan M.Hacıyev 1920-ci ilin aprelində Azərbaycanın müstəqilliyini itirməsinə baxmayaraq, ölkəmizin İstanbuldakı səfirliyinin bir neçə ay daha fəaliyyət göstərdiyi, sonralar 1921-ci ilin oktyabr ayında Azərbaycan SSR-in Ankarada yaradılan səfirliyinin açılış mərasimində ulu öndər Mustafa Kamal Atatürkün şəxsən iştirak etdiyi vurğulanır.

Baş konsul Azərbaycanın 1991-ci ildə müstəqilliyini bərpa etməsindən sonra respublikamızı tanıyan ilk ölkənin də məhz qardaş Türkiyə olduğunu xatırladır.



Günel Məlikova
Bu xəbər oxucular tərəfindən 449 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed