Şrift:
Türkiyə ordusunun iki hərbçisi şəhid olub
10.07.2019 [10:15] - Hadisə, Türk dünyası-Turan
Türkiyə Silahlı Qüvvələrinə (TSQ) məxsus hərbi maşın Hakkari bölgəsində PKK terrorçularının hücumuna məruz qalıb.

Uzaq məsafədən atılan atəşlər nəticəsində 2 hərbçi şəhid olub, biri yaralanıb. Türkiyə təhlükəsizlik qüvvələrinin bölgədə keçirilən antiterror əməliyyatı gücləndirilib. Digər bir məlumatda isə bildirilir ki, TSQ-nin qırıcıları İraqın şimalındakı Haftanin və Metina bölgələrində yerləşən PKK terror düşərgələrinə dəqiq zərbələr endiriblər. “Pençe hərəkatı” adı altında davam etdirilən sonuncu əməliyyatda daha 3 terrorçu məhv edilib.

Sabir Şahtaxtı
Bu xəbər oxucular tərəfindən 375 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed