Şrift:
Güney Azərbaycan Televiziyasında yeni veriliş başlayıb: “QADINCA”
10.07.2019 [10:42] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Güney Azərbaycan televiziyasında qadınlarla bağlı yeni veriliş yayımlanmağa başlayıb.

“Qadınca” verilişində qadınların ictimai-siyasi məsələlərə baxışı, Güney Azərbaycan Milli Hərəkatında qadınların rolu, qadın hüquqları və s. kimi mövzular müzakirə olunacaq.

Yeni veriliş hər həftə cümə günü Təbriz vaxtı ilə saat 20:30-da Azərbaycan türkcəsində canlı olaraq yayımlanacaq.

“Qadınca”nın birinci bölümü ötən həftə, iyulun 5-də xanım Məhsa Mehdizadə (Mehdili) və Alov İnannanın qatılımı ilə keçirilib.

Bu xəbər oxucular tərəfindən 343 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed