Şrift:
“Neftçi” səfərdə qələbə qazandı
12.07.2019 [10:16] - Gündəm, İdman
Avropa Liqası çərçivəsində keçirilən “Neftçi” “Sperantsa” oyunu yekunlaşıb. Qarşılaşma “Neftçi”nin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. “Neftçi”nin 3-cü qolunu 76-cı dəqiqədə Rəhman Hacıyev vurub.
***
Avropa Liqasında ölkəmizi “Neftçi” I təsnifat mərhələsinin ilk oyununda Moldovanın “Sperantsa” klubu ilə qarşılaşır.
Modern.az xəbər verir ki, bir neçə ildir Avroliqada uğursuz çıxış edən paytaxt təmsilçisi buna son qoyur.

Oyunda hesab 16 dəqiqədə açılıb. "Neftçi"nin oyunçusu Emin Mahmudov penaltidən fərqlənib.
Matçın 36-cı dəqiqəsində isə Stiven Jozef-Monroz "Neftçi"nin ikinci qolunu vurub.

Qeyd edək ki, komandalar arasında cavab matçı iyulun 18-də Bakıda keçiriləcək. Mərhələni adlayan tərəf Rusiyanın "Arsenal" (Tula) klubu ilə qaşılaşacaq.
Bu xəbər oxucular tərəfindən 366 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed