Şrift:
“İmadəddin Nəsimi-650 illik dəyər” adlı layihənin bağlanış mərasimi keçirilib
13.07.2019 [10:49] - Gündəm, Sosial
Bakı Konqres Mərkəzində Azərbaycan Gənclər Fondunun dəstəyi, “Odlar Yurdu” Gənclər İctimai Birliyinin (GİB) təşkilatçılığı ilə həyata keçirilən “İmadəddin Nəsimi-650 illik dəyər” adlı layihənin bağlanış mərasimi keçirilib.

İctimai Birlikdən bildiriblər ki, tədbirdə ictimai xadimlər, gənclər təşkilatlarının nümayəndələri iştirak edib.

“Odlar Yurdu” GİB-in sədri Nigar Ələsgərova çıxış edərək Azərbaycan Respublikası Prezidentinin “Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında” 2018-ci il 15 noyabr tarixli Sərəncamı və 2019-cu il 11 yanvar tarixli müvafiq Sərəncamla “Nəsimi ili” elan olunmasının əhəmiyyətindən danışaraq birliyin həyata keçirdiyi layihə haqqında məlumat verib. Layihə çərçivəsində Nəsimiyə həsr olunmuş, tanınmış şəxslərin, elm adamlarının iştirakı ilə “Zaman mənəm” sənədli filmin, onun 11 qəzəlindən ibarət “İki aləmdə varım” adlı audiokitab və şair haqqında maraqlı məlumatları əks etdirən eyniadlı ingilis və Azərbaycan dillərində kitabçanın hazırlanması və ümumilikdə regionlar və Bakıda Gənclər Evlərində keçirilən təqdimat mərasimlərindən söz açıb.

Qeyd edilib ki, layihənin icrasının məqsədi Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin dünya ədəbiyyatı və fəlsəfəsində oynadığı rol, Nəsimi irsinin öyrənilməsi, təbliği, gənclər arasında tanıdılması və ümumi maarifləndirmə işinin təşkilindən ibarətdir.

Sonra Gəncə, Şəmkir, Qazax, Mingəçevirdə və Bakıdakı Qaradağ, Binəqədi, Xəzər, Sabunçu və Suraxanı gənclər evlərində də keçirilən təqdimatları və ümumilikdə layihənin gedişatını təsvir edən videoçarx təqdim olunub.

Daha sonra Azərbaycan Gənclər Fondunun gənclər təşkilatları ilə iş şöbəsinin müdiri Seymur Hüseynov, Azərbaycanın Əməkdar Elm Xadimi, filologiya elmləri doktoru və professor Qəzənfər Paşayev və nəsimişünas alim, filologiya üzrə fəlsəfə doktoru Səadət Şıxıyeva çıxış ediblər.

Sonda mövzu ilə bağlı film nümayiş olunub.
Bu xəbər oxucular tərəfindən 18 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed