Şrift:
Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Şabranda vətəndaşları qəbul edəcək
13.07.2019 [10:59] - Gündəm, Gənclik
Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Şabranda vətəndaşları qəbul edəcək.

DİM-dən bildiriblər ki, qəbul iyulun 19-da saat 11:00-da Şabran şəhər Heydər Əliyev Mərkəzində (Heydər Əliyev prospekti, 60a) keçiriləcək. Şabran şəhərində keçiriləcək qəbulda Şabran, Quba, Qusar, Xaçmaz, Siyəzən, Xızı rayon sakinləri və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.

Qəbula gəlmək istəyən vətəndaşların Dövlət İmtahan Mərkəzinin internet saytına daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçmələri (http://eservices.dim.gov.az/sedrinqebulu/) və ya DİM-in Xaçmaz regional bölməsinə müraciət etmələri (əlaqə telefonu: 023 325 01 21) xahiş olunur.

Bundan əlavə, qeydiyyata yazılmaq istəyən vətəndaşlar Şabran rayon təhsil şöbəsinə də müraciət edə bilərlər.

Qeyd: Qəbula gələn vətəndaşlar şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.
Bu xəbər oxucular tərəfindən 609 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed