Şrift:
Misirin xarici ticarət həcmi dörd ay ərzində 36,3 milyard dollara çatıb
13.07.2019 [11:25] - Gündəm, Sosial
Misirin ümumi xarici ticarət həcmi cari ilin dörd ayı ərzində (yanvar-aprel) 36,3 milyard dollara çatıb.

Misirin İctimai Səfərbərlik və Statistika Agentliyinin məlumatına istinadla xəbər verir ki, ölkənin xarici ticarət həcmi göstərilən dövrdə 2018-ci ilin analoji dövrü ilə müqayisədə 2,7 faiz artıb. Qurumun məlumatında bildirilir ki, Misir ixracatının ümumi həcmi bu dövrdə artaraq 10 milyard dolları ötüb, ümumi idxalın həcmi isə 26,26 milyard dollara çatıb. Bununla yanaşı, neft məhsullarının ixracı dəyər ifadəsində 1,5 milyard dollar, idxal isə 2,9 milyard dollar təşkil edib.

Qeyd olunur ki, Misir mallarının ən iri idxalçısı Türkiyə, İspaniya, ABŞ, İtaliya və Səudiyyə Ərəbistanıdır. Bu ölkələrə ixracatın həcmi 3 milyard dollara çatıb ki, bu da Misir ixracatının ümumi həcminin 30,3 faizini təşkil edir.

Misirə müxtəlif mallarını ixrac edən ən iri ölkələr Çin, ABŞ, Səudiyyə Ərəbistanı, Almaniya və Türkiyədir. Bu beş ölkədən Misirə idxalın həcmi 10,3 milyard dollara çatıb. Bu, 2019-cu ilin yanvar-aprel ayları dövründə Misir idxalının ümumi həcminin 39,5 faizinə bərabərdir.

Asya Hacızadə
Bu xəbər oxucular tərəfindən 409 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed