Şrift:
Qəzvində Sayğacqayırma Zavodunun fəhlələri etiraz yığıncağı keçirib
13.07.2019 [11:42] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Güney Azərbaycanın Qəzvin şəhərində Sayğacqayırma Zavodunun fəhlələri Valiliyin binası qarşısında etiraz yığıncağı keçirib.

Təxminən 50 nəfərin iştirak etdiyi yığıncaqda fəhlələrin gecikən əmək haqqının ödənilməsi tələb olunub.

Onlar ötən günlərdə edilən etirazları zavodda istehsalla bağlı sabitsizlik, işlərini itirmə təhlükəsi və gecikən əmək haqları ilə əlaqədar olduğunu bildirib.

Etirazçı fəhlələr vurğulayıb ki, müəyyən vaxtlarda zavoda xammal gətirilir və istehsal işlərinə başlanılır. Lakin qısa müddət sonra zavodun fəaliyyəti yenidən dayanır. Bu vəziyyət səbəb olur ki, fəhlələrin əmək haqqı və bayramlığı ödənilməsin. Şirkət ümumiyyətlə qeyri-müəyyən vəziyyətdədir. Bütün bunlar işçilər üçün nigaranlıq doğurur.

Qeyd edək ki, Qəzvin Sayğacqayırma Zavodunun vaxtı ilə 500 işçisi olub. Zavod özəlləşdirildikdən sonra işçilərin əksəriyyəti ixtisar edilib, hazırda şirkətin 150 işçisi var. Deyilənlərə görə, zavodda idarəçilik işləri çox zəifdir. Şirkət 4 ildir ki, ciddi maliyyə sıxıntısı ilə üzləşib.
Bu xəbər oxucular tərəfindən 318 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed