Şrift:
Xan Sarayındakı faciədə yaralananlar haqda yeni MƏLUMAT
15.07.2019 [10:20] - Gündəm, Hadisə
Şəkidə Xan Sarayında baş verən hadisədə xəsarət alanların son vəziyyəti barədə məlumat açıqlanıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Şəki Mərkəzi Rayon Xəstəxanasında sağ baldır sümüyünün çox qəlpəli sınığı, travmatik şokla müalicə alan Xatirə Ağamalıyevanın vəziyyəti ağırdır:

“Onurğanın qapalı travması diaqnozu ilə xəstəxanaya yerləşdirilən Elxan Məmmədovun vəziyyəti orta-ağırdır.

Klinik Tibbi Mərkəzinə yerləşdirilən ağır dərəcəli kəllə beyin travması, sağ ayaqda sınıq olan İlkin Məmmədov, çanaqda sağ bud sümüyünün qapalı travması alan Sara Hasan, sol incik sümüyünün sınığı diaqnozu qoyulan Farik Hasan, sağ baldır sümüyünün yerdəyişən sınığı ilə xəstəxanaya yerləşdirilən Al Hasan Samirənin vəziyyətləri ağır stabil olaraq qalır. Xəstələrin həyatı üçün təhlükə yoxdur.

İyulun 14-də saat 12 radələrində Şəki Xan Sarayı ərazisində 1530-cu ilə aid ağacın təxminən 50 sm diametrində olan budağının qəflətən qırılması nəticəsində həmin vaxt sarayın həyətində olan turistlərin üzərinə düşüb.
Bu xəbər oxucular tərəfindən 405 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed