Şrift:
Ərdoğan: ''NATO xoşbəxt olmalıdır ki, Türkiyə S-400 alıb''
15.07.2019 [10:33] - Xəbərlər, Türk dünyası-Turan
NATO Türkiyənin Rusiyadan S-400 zenit-raket kompleksləri almasına görə xoşbəxt olmalıdır. Çünki alyansın üzvü və NATO-nun özü daha da güclənəcək.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.

Dövlət başçısı bildirib ki, S-400-lərin əldə olunması NATO-ya güclü təsir edəcək:

“Alyans bundan xoşbəxt olmalıdır. Əgər NATO-da 3-5 ən güclü üzv ölkə varsa, onlardan biri Türkiyədir. Regionumuzda isə Türkiyə NATO-nun ən güclü dayağıdır. Yəni bu, həm də alyansı gücləndirəcək”.

Qeyd edək ki, Rusiyadan göndərilən S-400 zenit-raket kompleksləri bu gündən etibarən Türkiyəyə çatdırılıb.
Bu xəbər oxucular tərəfindən 367 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed