Şrift:
Güneyli incəsənət xadimi Azərbaycan milli rəqsinin saxtalaşdırılması ilə bağlı xəbərdarlıq edib
15.07.2019 [11:06] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Tanınmış güney azərbaycanlı incəsənət xadimi Azərbaycan milli rəqsinin sözdə rəqs müəllimləri tərəfindən saxtalaşdırıldığını bildirib.

Rəşid Daneşcuyi bu barədə bir video paylaşaraq bəzi musiqi müəllimlərinin fars musiqisi və mahnıları ilə Azərbaycan rəqsi öyrətmələrini kəskin tənqid edib, bu hərəkətin Azərbaycan və türk mədəniyyətinin əleyhinə yönəldiyini bildirib.

Bu işlərin əsasən maddı marağa görə həyata keçirildiyini deyən R.Daneşcuyi mənəvi varlığın heç bir qiymətə satılmamalı olduğunu vurğulayıb.

Tanınmış sənətkarın tənqidi sözlərini aşağıdakı videodan izləyə bilərsiniz:
Bu xəbər oxucular tərəfindən 362 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed