Şrift:
Həkimə Əhmədi Marağa zindanında aclıq aksiyasına başlayıb
15.07.2019 [11:11] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Güney azərbaycanlı milli-mədəni fəal xanım Həkimə Əhmədi Marağa zindanında aclıq aksiyasına başlayıb.

O saxlanılmasının 10-cu ayında aclığa başlayıb.

H.Əhmədi Binab (Bin Ev) Ədliyyə Şöbəsinə ünvanladığı məktubda qeyri-müəyyən vəziyyətdə saxlanmasına etiraz olaraq iyulun 13-dən aclıq aksiyasına başladığını elan edib.

İyulun 12-də bir qrup güney azərbaycanlı fəal H.Əhmədinin ailəsinin görüşünə getmişdir. Təbriz, Binab, Qoşaçay və Marağadən gələn fəallar Əhmədi ailəsi ilə söhbətləşərək fəalın məhkəmə işi ilə maraqlanıb.
Ailəsi ilə görüş keçirildiyini eşidən H.Əhmədi fəallar görüşdən qayıtdıqdan bir neçə dəqiqə sonra onlarla telefon əlaqəsi saxlayaraq öz təşəkkürünü bildirmişdir. Yüksək əhval-ruhiyyədə olduğu deyilən H.Əhmədi vəziyyətini ictimaiyyətə çatdıran və bu istiqamətdə xəbər yayan hər kəsdən qədrdanlıq edib.

Həkimə Əhmədi 2018-ci il oktyabrın 18-də təhlükəsizlik qüvvələri tərəfindən saxlanılaraq Mərənd Şəhər Ettelaat İdarəsinin təcridxanasına aparılıb.

Azərbaycanlı fəal yeni saxlandığı zaman Mərənd Ettelaat İdarəsinin təcridxanasında işgəncəyə məruz qalıb. İşgəncədən qabırğa və barmaqları qırılan fəal 2018-ci il oktyabrın 30-da xəstəxanaya aparılıb. O bir neçə gün müalicə edildikdən sonra noyabrın 2-də yenidən saxlandığı təcridxanaya qaytarılıb.

Güney azərbaycanlı fəal Həkimə Əhmədi bir müddət işgəncə edildikdən sonra Marağa zindanına intiqal edilib. Təxminən 9 ay əvvəl tutulan fəal hələ də həbsxanada qeyri-müəyyən vəziyyətdə saxlanılır.

İki uşaq anası olan H.Əhmədinin sosiologiya üzrə yüksək lisansı var. O Mərənd şəhərinin fəallarından biri kimi ana dilində təhsil hüququ tələbi ilə əlaqədar fəaliyyət göstərir.
Bu xəbər oxucular tərəfindən 315 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed