Şrift:
Pentaqon Türkiyə ilə birgə təlimlərin davam etdiriləcəyini bildirib
18.07.2019 [10:13] - Hərb
ABŞ və Türkiyə arasında strateji tərəfdaşlıq saxlanılır, Gürcüstan və Ukraynada birgə təlimlər davam etdiriləcək.

Bu barədə ABŞ müdafiə nazirinin müavininin siyasi məsələlər üzrə köməkçisi Devid Traxtenberq Ankaranın Rusiyadan S-400 ZRK almasına Vaşinqtonun reaksiyası ilə bağlı jurnalistlərin suallarını cavablandırarkən deyib.

“Bizim hərbi sferadakı münasibətlərimiz davamlı olaraq qalacaq və biz Türkiyə ilə Gürcüstan, Almaniya və Ukraynada qarşıdan gələn təlimlər də daxil olmaqla, hazırlıq və əməliyyat uyğunluğu səviyyəsinin artırılması üzrə çoxtərəfli təlimlərdə iştirakımızı davam etdirəcəyik”, - deyə Traxtenberq bildirib.

Pentaqon rəsmisi onu da əlavə edib ki, S-400 əldə edilməsindən sonra Türkiyənin NATO-nun tərkibində qalması məsələsinə alyansın özü qərar verməlidir, ABŞ belə bir səlahiyyət sahibi deyil.
Bu xəbər oxucular tərəfindən 33 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed