Şrift:
ABŞ Səudiyyə Ərəbistanındakı hərbi bazaya 500 hərbçi göndərəcək
18.07.2019 [10:14] - Hərb
ABŞ İranla münasibətlərin gərginləşməsi fonunda Ər-Riyadın şərqində yerləşən şahzadə Sultan aviabazasına 500 hərbi qulluqçu göndərmək fikrindədir.

Bu barədə “CNN” telekanalı hərbi dairələrə istinadən məlumat yayıb.

Məlumata görə, ABŞ hərbi və texniki personalının kiçik bir hissəsi artıq “Patriot” zenit raket sisteminin gəlişinə hazırlıq işləri üçün bazaya çatıb. Həmçinin aerodromun və uçuş-eniş zolağının yaradılması işləri aparılır.

Qeyd olunur ki, məhz bu bazanın ABŞ tərəfindən seçilməsi onun İranın raket zərbələri üçün daha əlçatmaz hesab olunmasıdır. ABŞ hərbçiləri buranı öz hərbi təyyarələri üçün istifadə etmək niyyətindədir.
Bu xəbər oxucular tərəfindən 327 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed