Şrift:
Tikantəpədə kürd terror qruplaşmalarının tərəfdarları fəallaşıb
18.07.2019 [14:34] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Son vaxtlar Qərbi Azərbaycan Əyalətinin Tikantəpə şəhərində kürd terror qruplaşmaları tərəfdarlarının daha çox aktivləşdiyi müşahidə olunur.

Yerli azərbaycanlı fəallardan əldə etdiyimiz məlumata əsasən, bir qrup radikal mühacir kürd terror qruplaşmalarına açıq-aşkar dəstək nümayiş etdirir. Onlar bu məqsədlə terrorçu qruplar, o cümlədən İraq Kürdistanı Demokrat Partiyasına dəstək verən bildiriş və yazılı parçalar nümayiş etdirir, onlara aid bayraqlar qaldırırlar.

Tikantəpədə təsviri nümayiş etdirilən şəxslərdən biri də Əbdülrəhman Qasimludur. Bu şəxs 1979-cu ildə İranda inqilab baş verdiyi zaman fürsətdən istifadə edərək Güney Azərbaycan torpaqlarında sözdə Kürdistan yaratmaq istəyən kürd dəstələrinə rəhbərlik edib və Sulduz şəhərində qətlam törətmişdir.

Güney Azərbaycan şəhərlərində kürd terror qruplaşmalarına o halda dəstək verilir ki, bu şəhərlərdə hər hansı mədəni fəaliyyət göstərməyə icazə verilmir. Bu istiqamətdə çalışan güney azərbaycanlı milli-mədəni fəalların rejim tərəfindən ağır şəkildə cəzalandırıldığı hər kəsə aydındır.

Qeyd edək ki, kürd terror qruplaşmaları və tərəfdarları Güney Azərbaycanın qərb bölgəsində fəaldır, onlar vaxtaşırı terror aktları törədir. Məqsəd azərbaycanlıların bölgədən köçməsi və həmin məntəqənin kürdləşdirilməsinə nail olmaqdır. Qərbi Azərbaycan Əyalətinin kürdləşdirilməsi prosesinə İran rejimi də dəstək verir, lakin kontroldan çıxaraq idarə olunmayan kürd terror qruplaşmaları ilə hökumət qüvvələri arasında vaxtaşırı toqquşmalar yaşanır.
Bu xəbər oxucular tərəfindən 393 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed