Şrift:
“Neftçi” avrokuboklarda ən böyük hesablı qələbəsini qazanmaqla ölkəmizin futbol tarixinə düşüb
19.07.2019 [10:08] - Gündəm, İdman
“Neftçi” komandası Azərbaycanın futbol tarixinə düşüb.

"Ağ-qaralar” ölkəmizə 1994-cü ildən çıxış etdiyi avrokuboklarda ən böyük hesablı qələbəsini qazandırıb.

Bu tarix paytaxt təmsilçisinin iyulun 18-də “Bakcell Arena”da Moldovanın "Speranta" komandasına 6:0 hesabı ilə qalib gəlməsi ilə yazılıb. Rekord gətirən son qola flaqmanın 18 yaşlı futbolçusu İsmayıl Zülfüqarlı imza atıb.

Xatırladaq ki, indiyədək ən böyük hesablı nəticələr "İnter" və "Qarabağ"ın 5:0 hesablı qalibiyyətləri olub.

Əvvəlki illərdə "İnter” UEFA Avropa Liqasında Estoniyanın “Trans” klubunu səfərdə 5:0 hesabı ilə, Ağdam təmsilçisi Çempionlar Liqasının ev oyununda Gürcüstan təmsilçisi “Samtredia”nı eyni hesabla məğlub edib. İlk oyunda 3:0 hesabı ilə qalib gələn “Neftçi” doğma meydanda rəqib qapısına 6 qol vuraraq iki matçın cəmində doqquz top üstünlüyü ilə qələbə qazanıb. Bu da Azərbaycan futbolu tarixində daha bir rekorddur.
Bu xəbər oxucular tərəfindən 454 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed