Şrift:
Türkiyədə baş vermiş təbii fəlakət nəticəsində yeddi nəfərin itkin düşdüyü ehtimal olunur
19.07.2019 [10:08] - Hadisə
Türkiyənin Düzce şəhərinin Cumayeri rayonunda baş vermiş torpaq sürüşməsi və sel nəticəsində yeddi nəfərin itkin düşdüyü ehtimal olunur.

Bu barədə Düzce valisi Zülkif Dağlı məlumat verib.

Bildirilib ki, hadisədən zərərçəkən 69 nəfər helikopterlər vasitəsilə xilas olunub. Z.Dağlı Esmahanım kəndində yeddi nəfərin itkin düşməsi barədə məlumatın daxil olduğunu və onların axtarışlarının davam etdiyini bildirib. O, təbii fəlakətin meydana gəldiyi bölgədə təmizləmə işlərinin də aparıldığını qeyd edib.

Günel Məlikova
Bu xəbər oxucular tərəfindən 393 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed