Şrift:
Bakıda bir sıra avtobusların hərəkət sxemi dəyişdirilir
19.07.2019 [10:14] - Gündəm
XV Avropa Gənclər Yay Olimpiya Festivalının keçiriləcəyi müddətdə yarış və qeyri-yarış məkanları yaxınlığından keçən ictimai nəqliyyat xətləri üzrə avtobusların hərəkət sxemi müvəqqəti dəyişdiriləcək.

Bakı Nəqliyyat Agentliyindən bildirilib ki, İbrahimpaşa Dadaşov küçəsinin 19-27 iyul 2019-cu il tarixlərində bağlanması ilə əlaqədar 6, 88, 88A və 202 nömrəli marşrutların hərəkət sxemində dəyişiklik ediləcək.

18-28 iyul tarixlərində isə Xəlil Rza Ulutürk küçəsinin bağlanması ilə əlaqədar 15, 60, 62, 70 nömrəli marşrutların hərəkət sxemində dəyişiklik ediləcək.

Salyan yolu, M.Useynov, Niyazi, Neftçi Qurbanov küçələrinin müəyyən hissələrinə müəyyən saatlarda müvəqqəti məhdudiyyətlərin tətbiq edilməsi səbəbindən 5, 6, 53, 88, 120, 125 və 205 nömrəli müntəzəm marşrutların hərəkət sxemində də dəyişiklik ediləcək.
Bu xəbər oxucular tərəfindən 372 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed