Şrift:
İranda polis rəsmisi: “Toylarda kişilərlə qadınlar bir-birindən tamamilə ayrı oturmalıdır”
19.07.2019 [14:34] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Tehranın ümumi təhlükəsizlik polis rəisinin iaşə obyektlərə nəzarət üzrə müavini Tağı Əfrənd iyulun 18-də jurnalistlərə açıqlamasında gizli toy mərasimi keçirən şadlıq saraylarına və hotel sahiblərinə xəbərdarlıq edib.

O bildirib ki, bəzi hotellər və şadlıq sayları kişilərlə qadınların birgə qatıldığı gizli toy mərasimləri keçirirlər: “Bu isə qanunsuzdur. Toylarda kişilərlə qadınlar bir-birindən ayrı oturmalıdırlar. Yəni ki, onlar ayrı-ayrı zallarda oturmalıdırlar. Biz bir daha şadlıq saraylarına və hotellərə xəbərdarlıq edir, bildiririk ki, əgər onların keçirdikləri toy mərasimlərinə kişilərlə qadınlar bir yerdə, yəni eyni zalda əyləşsələr, həmin obyektlərin müdirlərə məsuliyyətə cəlb edilərək, barələrində kəskin tədbir görüləcək” –deyə Tehran polis rəsmisi Tağı Əfrənd əlavə edib.

Qeyd edək ki, İran İslam Respublikasındakı toyxanalarda keçirilən toy mərasimlərində qadınlarla kişilərin eyni zalda əyləşməsi, həmin mərasimlərdə şən musiqi sədaları altında onların birgə rəqs etməsi və alkoqollu içkilərdən istifadə edilməsi qadağandır. Məhz həmin qadağaları nəzərə alaraq, son illər, toy sahiblərinin və valideynlərin əksəriyyəti daha ağır xərcə düşərək, öz övladlarının toyunu gizli şəkildə keçirmək qərarına gəliblər.
Bu xəbər oxucular tərəfindən 356 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed