22.07.2019 [10:13] - Gündəm, Siyasət
Ukraynada növbədənkənar parlament seçkiləri ilə bağlı keçirilən səsvermə yerli vaxtla saat 20:00-da başa çatıb. Səsvermə başa çatandan sonra “exit-poll”un ilkin nəticələri elan olunacaq.
Ukrayna Mərkəzi Seçki Komissiyasının saat 16:00-a olan son nəticəsinə görə, seçicilərin 37 faizə yaxını səsvermədə iştirak edib.
Qeyd edək ki, Ukraynada səsvermə yerli vaxtla səhər saat 08:00-da başlayıb.
Mərkəzi Seçki Komissiyası növbədənkənar parlament seçkilərində iştirak etmək üçün 22 partiyadan 2700 namizəd, təkmandatlı seçki dairəsindən isə 3200-dən çox nümayəndə qeydə alıb.
Növbədənkənar parlament seçkilərində 1719 xarici müşahidəçi qeydə alınıb. Bunlardan 1602-si beynəlxalq təşkilatların nümayəndələri, 117-si isə 12 xarici ölkədəndir. Ən çox xarici müşahidəçi ABŞ-dan qeydə alınıb – 42 nəfər.
Seçkilərdə yalnız 5 faizlik baryeri aşan partiyalar iştirak edə biləcəklər. Yerli təşkilatların apardığı sorğuya əsasən, ukraynalıların elektoral rəğbət reytinqində səslərin 49,5 faizini toplayan Prezident Vladimir Zelenskinin “Xalqın xidmətçisi” partiyası liderlik edir. İkinci yerdə “Həyat uğrunda - müxalifət platforması” gedir, ona rəyi soruşulanların 10,5 faizi səs vermək niyyətindədir. Onların ardınca Ukraynanın sabiq Prezidenti Petro Poroşenkonun “Avropa həmrəyliyi” (7,7 faiz) və Yuliya Timoşenkonun “Batkivşina” (7,2 faiz) partiyası gəlir. İlk beşliyi ukraynalı müğənni Svyatoslav Vakarçukun “Səs” partiyası (5,9 faiz) tamamlayır.
Emil Hüseynli

Bu xəbər oxucular tərəfindən 308 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |