Şrift:
Ərdəbil Əyalətində 500 kəndin əhalisi mobil telefondan istifadə edə bilmir
24.07.2019 [09:29] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Ərdəbil Əyaləti Rabitə və İnformasiya Texnologiyaları Mərkəzinin baş direktoru təmsil etdiyi əyalətdə bütün əhalinin mobil telefonundan istifadə edə bilmədiyini bildirib.

Behruz Rəzmi qeyd edib ki, hesablamalara əsasən Ərdəbil Əyalətində 500 kəndin əhalisi mobil telefonu dalğalarını almaqdan məhrumdur.

Onun sözlərinə görə, əyalət üzrə ən çox mobil telefonu xidmətindən məhrum olan kəndlər Germi və Xalxal məntəqəsində yerləşir.

Yol, quraqlıq, içməli su, işsizlik və təbii fəlakətlər kimi problemlərdən əziyyət çəkən kənd əhalisinin gündəlik həyatın əsas tələblərindən olan mobil telefonundan da məhrum olması bölgə əhalisinin yaşayış səviyyəsini göz önünə gətirməkdədir.

Bundan əvvəl Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən ölkədə kənd əhalisinin yalnız 34 faizinin daimi telefon, internet və mobil telefonu xidməti ilə təmin olunduğu açıqlanmışdır.
Bu xəbər oxucular tərəfindən 314 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed