Şrift:
Bolqarıstan donuzçuluq təsərrüfatını itirə bilər
26.07.2019 [10:28] - Gündəm, İqtisadiyyat
Avropa komissiyasının nümayəndələri epidemioloji vəziyyətlə əlaqədar Bolqarıstana gəlib.

Onlar Afrika vəbası virusunun ölkədə yayılmasının dərəcəsini dəyərləndirəcəklər. Avropanın səhiyyə və ərzaq təhlükəsizliyi üzrə komissarı Vityanis Andryukaytis bildirib ki, bolqar hökuməti hər evə gedərək vətəndaşlara böhranın qarşısını almaq üçün tədbirləri başa salmalıdır. O qeyd edib ki, təhlükənin qarşısını almaq üçün vaxt çox azdır və belə davam etsə Bolqarıstan donuzçuluq təsərrüfatından məhrum ola bilər.

Qeyd edək ki, Bolqarıstanın donuz fermaları Afrika vəbası virusu ilə qarşılaşıb. Son günlər ərzində 20 mindən çox donuz evtanaziya edilib.

İqbal Hacıyev
Bu xəbər oxucular tərəfindən 407 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed