Şrift:
İranda su elektrik stansiyasında güclü yanğın baş verib
26.07.2019 [10:42] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranın Əndimeşk şəhərində, Dez su səddinin üzərində yerləşən su elektrik stansiyasında güclü yanğın baş verib.

Dünən günorta saatlarında başlayan yanğın təxminən 3 saatdan artıq bir müddətdə söndürülüb. Hadisə nəticəsində 1 yanğınsöndürənin yaralandığı və xəstəxanaya yerləşdirildiyi deyilir.

İran Fövqəladə Hallar Nazirliyinin Xuzistan bölməsinin yaydığı bəyanata əsasən, yanğına səbəb su elektrik stansiyasının avadanlıqlarından birində yaranmış nasazlıq olub. Dəyən ziyanın miqdarının yüksək olduğu bildirilir.
Bu xəbər oxucular tərəfindən 325 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed