Şrift:
Belaruslu tennisçilər: Finala çıxmağımızda Bakının da payı var
26.07.2019 [11:11] - Gündəm, İdman
XV Avropa Gənclər Yay Olimpiya Festivalının sonuna gəldik. Bu gün komanda yarışlarında final oyunu üçün korta çıxacağıq. Finala qədər gəlmək o qədər də asan olmadı. Festivala güclü tennisçilər qatılıblar. Finalda Rusiya komandası ilə qarşılaşacağıq. Çətin olacaq, amma Bakıdan ölkəmizə çempion olaraq geri dönmək istəyirik.

Bu sözləri müsahibəsində “EYOF Bakı 2019” XV Avropa Gənclər Yay Olimpiya Festivalında tennis yarışlarının komanda oyununda finala çıxan belaruslu tennisçilər Evialina Laskeviç və Mariya Stsetseviç deyiblər.

İdmançılar XV Avropa Gənclər Yay Olimpiya Festivalının bu günə qədər iştirak etdikləri ən yaddaqalan beynəlxalq yarış olduğunu diqqətə çatdırıblar.

“Festivalın Bakıda keçirilməsindən çox zövq aldıq. Yarışlar gözəl təşkil olunmuşdu, məşqlər üçün idmançılara hər cür şərait yaradılmışdı. Finala çıxmağımızda Bakının da öz payı var”, - deyə belaruslu tennisçilər vurğulayıblar.
Bu xəbər oxucular tərəfindən 373 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed