Şrift:
Netanyahu: "Azərbaycan və İsrail vətəndaşlarının münasibətləri müsəlman-yəhudi dostluğuna bariz nümunədir"
27.07.2019 [10:35] - Gündəm, Sosial
İsrailin baş naziri Benyamin Netanyahu Azərbaycan və İsrail, eləcə də bu iki ölkə vətəndaşları arasında olan dostluq əlaqələrinin müsəlman və yəhudilər arasında dostluq əlaqələrinin yaradılması üçün çox gözəl nümunə olduğunu deyib.

O, həmçinin qeyd edib ki, İsraildə Azərbaycandan olan 70 min yəhudi, “insan körpüsü” yaşayır. Onlar iki ölkə arasında dostluq münasibətlərinin qurulması və möhkəmlənməsində çox böyük rol oynayırlar.

Baş nazir vurğulayıb ki, dünyaya göstərə biləcəyimiz başqa bir şey də var. Dünya çoxlu dözülməzlik və zülmət görür. Dünyada müsəlmanlarla yəhudilər arasında əlaqələrin necə ola biləcəyinin, necə qurulmasının bir nümunəsi var:


"Deməliyəm ki, müsəlman dünyasının bir çox hissəsində, xüsusi olaraq ərəb ölkələrində müşahidə etdiyimiz bir dəyişiklik var. Əgər gələcəyin necə ola biləcəyini görmək istəyirlərsə, Azərbaycana gəlib, İsrail ilə Azərbaycan arasındakı dostluq və tərəfdaşlığı görsünlər. Bu, sadəcə hər iki ölkə və xalq üçün yaxşı əlaqələrlə bərabər, həm də bütün region və dünya üçün faydalıdır"- deyə Netanyahu əlavə edib.
Bu xəbər oxucular tərəfindən 326 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed