Şrift:
İspaniyalı tennisçi: Final oyunu üçün çox həyəcanlıyam
27.07.2019 [10:37] - Gündəm, Sosial
XV Avropa Gənclər Yay Olimpiya Festivalında final oyununa çıxacağam, çox həyəcanlıyam. Finala qədər gəlmək mənim üçün özlüyündə bir uğurdur. Ancaq vətənimə çempion kimi qayıtmağı çox arzulayıram.

Bu sözləri müsahibəsində “EYOF Bakı 2019” XV Avropa Gənclər Yay Olimpiya Festivalında finala vəsiqə qazanan ispaniyalı tennisçi Daniel Merida deyib.

“Bu gün olimpiadanın son günüdür. Hər şey – festivalın açılış mərasimi, yarışların təşkilatçılığı, keçirdiyim oyunlar, xüsusilə də Bakı xoş təəssüratlarla yaddaşımda qalacaq. Final oyununu qalibiyyətlə başa vurub çempion olacağıma ümid edirəm. Çünki festivala hazırlığım bunu deməyə əsas verir”, - deyə tennisçi qeyd edib.
Bu xəbər oxucular tərəfindən 375 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed