Şrift:
Hündürlüyə tullanma növündə Belarus atleti Yahor Huptar fəxri kürsünün ən yüksək pilləsinə qalxıb
27.07.2019 [10:39] - Gündəm, İdman
İyulun 26-da "EYOF 2019"un atletika yarışlarının beşinci günündə qızlar arasında nizəatma və oğlanlar arasında hündürlüyə tullanma növü üzrə qaliblər müəyyənləşib.

Yarışların beşinci günündə oğlanlar arasında hündürlüyə tullanma növündə Belarus atleti Yahor Huptar fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Paul Metayer (Fransa) gümüş, Roman Petruk (Ukrayna) isə bürünc medalla kifayətləniblər.

Nizəatma yarışında isə qızlardan qızıl medala Polşa təmsilçisi Qabriela Andrukonis sahib olub. Finlandiyalı Vivian Suominen gümüş, türkiyəli Esra Türkmən isə bürünc medala yiyələniblər.
Bu xəbər oxucular tərəfindən 459 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed