29.07.2019 [10:21] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
“Milli Salar” ləqəbi ilə tanınan Azərbaycanın tarixi milli qəhrəmanı Baqirxanın 100 illik evi küllər altında qalıb.
Təbrizin “Salari” məhəlləsində yerləşən “Baqirxan evi”ndə iyulun 3-də yanğın baş vermişdir, ev hələ də küllərdən təmizlənməyib.
Dövlətin laqeyd münasibəti nəticəsində təxrib olunmuş vəziyyətdə buraxılan tarixi məkan uzun illərdir azərbaycanlı milli fəallar və mədəni irs tərəfdarlarının etirazına səbəb olub. Onlar “Baqirxan evi”nin bu vəziyyətdə buraxılmasına kəskin etiraz edərək onun tərmir olunmasını tələb edir.
Bu vəziyyət “Baqirxan evi”nin təxminən zibilxanaya çevrilməsinə səbəb olub. Bu məkanda çox sayda narkomanın da toplaşdığı bildirilir. Natəmizlik o həddə çatıb ki, hətta qonşuluqda yaşayan ailələr bu vəziyyətə etiraz bildirir.
Şəkildə göründüyü kimi, tarixi ev son nəfəslərini çəkir, evin yalnız Qacarlar dövründən qalan qapısı yerindədir, lakin divarlar və tavanı təxrib olunub. “Baqirxan evi”ndə qısa müddətdə təmir-bərpa işlərinə başlanılmasa, tarixi məkan yaxın gələcəkdə təmami ilə sıradan çıxa bilər.
Güney Azərbaycanda qədim abidələr və milli tarixi əks etdirən əsərlər baxımsızlıqdan dolayı müxtəlif formalarda sıradan çıxmaqdadır.
Məsulların laqeyd münasibəti nəticəsində baxımsız vəziyyətdə olan Urmiyə Ənsari Qacar Evində də iyulun 24-də yanğın baş vermişdir, hadisə nəticəsində tarixi binaya ağır ziyan dəyib.

Bu xəbər oxucular tərəfindən 414 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |