Şrift:
İran İraqda yüksək rütbəli zabitinin ölüm səbəbini açıqlayıb- Amerika və İsrail...
29.07.2019 [10:32] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Bir neçə gün öncə “Həşdəş-Şəbi” yaraqlıları Səlahəddin vilayətində yerləşən, qruplaşmaya məxsus Amerli hərbi hissəsində “Sepah” terror təşkilatının komandanlarından olan Əbülfəz Sərabiyanın qatı yanacaq partlaması barədə məlumat yaymışdı.

İran mediasında Sərabiyanın dəfn mərasimindən hazırlanan reportajlarda bildirilir ki, o, Amerika və İsrail təyyarələrinin hərbi hissəyə qarşı həyata keçirdiyi müştərək hava hücumu nəticəsində həlak olub.

İsrail mediaları da ötən həftə bu ölkənin və Amerika Hərbi Hava Qüvvələrinin F-35 qırıcılarıyla Amerli hərbi hissəsinə hücum etdiklərini, nəticədə çoxlu sayda “Sepah” terroristinin və digər yaraqlıların öldüyü barədə məlumat yaymışdılar.

“Həşdəş-Şəbi”nin hadisəylə bağlı yaratdığı komissiyanın yekun rəyində isə bildirilir ki, hərbi hissədə baş vermiş partlayışa səbəb hava hücumu deyil, texniki səbəbdən qatı yanacağın alışmasıdır. Yaraqlı qruplaşmasının iddiasına əsasən, hadisə nəticəsində ölən olmayıb.

Lakin İraqın əksər media orqanları da ötən günlər ərzində qeyd edilən hərbi birləşmənin hava hücumuna məruz qaldığı, nəticədə çoxlu sayda “Həşdəş-Şəbi” və “Sepah” üzvünün öldüyü barədə məlumatlar dərc ediblər.
Bu xəbər oxucular tərəfindən 326 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed