Şrift:
Kaliforniyada silahlı atışmada ən azı 3 nəfər ölüb
29.07.2019 [10:58] - Gündəm, Hadisə
ABŞ-ın Kaliforniya ştatındakı Gilroy şəhərində qastronomik festival zamanı baş vermiş silahlı atışma nəticəsində ən azı 3 nəfərin öldüyü bildirilir.

CNN telekanalının saytı xəbər verir ki, festivalın keçirildiyi ərazidə insanlara atəş açan şəxs polis tərəfindən məhv edilib. Bunu mətbuat konfransınasa şəhərin polis rəisi Skott Smiti bildirib. Onun sözlərinə görə, cinayətkar festivalın keçirildiyi əraziyə çəpərləri aşaraq daxil olub və avtomat silahdan atəş açmağa başlayıb. “Ən azı 15 nəfər xəsarət alıb. Cinayətkar da daxil olmaqla 4 nəfər ölüb”, -deyə o əlavə edib.

Polis rəisi qeyd edib ki, əldə olunan məlumata görə, cinayətkarın ortağı da olub. Hazırda onun axtarışları davam edir. Öldürülən qatilin şəxsiyyəti açıqlanmır.
Bu xəbər oxucular tərəfindən 415 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed