Şrift:
Ali təhsil müəssisələrinə qəbul olunmaq üçün 24 mindən çox abituriyent ixtisas seçimi ərizəsini təsdiqləyib
29.07.2019 [11:22] - Gündəm, Sosial, Gənclik
Ali təhsil müəssisələrinə qəbul imtahanlarında müsabiqə şərtlərini ödəyən abituriyentlərin ixtisas seçimi davam edir.

Dövlət İmtahan Mərkəzindən bildirilib ki, bu gün saat 10:55-ə olan məlumata əsasən, I ixtisas qrupu üzrə ümumilikdə 7219, II ixtisas qrupu üzrə 5535, III ixtisas qrupu üzrə 6972, IV ixtisas qrupu üzrə 2021 nəfər ərizəsini təsdiqləyib.

V qrup üzrə ərizəsini təsdiqləyənlərin sayı 3003 nəfərdir.

Xatırladaq ki, ərizə qəbulu avqustun 6-dək davam edəcək.
Bu xəbər oxucular tərəfindən 605 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed