Şrift:
Kiş adasında kəfən geyib etiraz bildirən güney azərbaycanlı fəhlə həbs və şallaq cəzasına məhkum edilib
30.07.2019 [09:40] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranın Kiş adasının Sahil meydanında kəfən geyərək təkbaşına etiraz aksiyası keçirən güney azərbaycanlı fəhlə 2 il həbs və 70 şallaq zərbəsinə məhkum olunub.

Əslən Təbriz şəhərindən olan Rəsul Cəlilpur etiraz zamanı geydiyi kəfənə “ölüm olsun Xamneyiyə” və “ölüm olsun Ruhaniyə” şüarı yazıb, o həbsdə olan fəhlələrin azadlığa buraxılmasını tələb edib.

Ettelaat İdarəsi etirazçının kimliyini gizli saxlamaq üçün onu Məhəmmədrza Azərəxş adı ilə təqdim edib. Həqiqi adı Rəsul Cəlilpur olan etirazçıya bir müddət kimliyi bilinmədiyi üçün “Sahil meydanının adamı” ləqəbi verilib.

O 2018-ci ilin dekabr ayında həmkarlarının azadlığa buraxılmasını tələb etmək məqsədi ilə belə bir etiraza baş vurmuşdur.

Təbrizli Rəsul Cəlilpurun atasının adı Ayazdır, inşaatda işləyən soydaşımız Güney Azərbaycanda hökm sürən işsizlikdən dolayı işləmək məqsədi ilə Kiş adasına gedib. O hazırda “Bəndər Abbas” zindanında saxlanılır. Bundan əvvəl onun müvəqqəti azadlığa buraxılması üçün 200 milyon tümənlik mülki vəsiqə qərarı təyin olunub, lakin Rəsul Cəlilpur vəsiqəni təmin edə bilməyib.
Bu xəbər oxucular tərəfindən 309 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed