Şrift:
“Neftçi” klubu “Arsenal”la cavab oyununa hazırlığı davam etdirir
30.07.2019 [10:19] - Gündəm, İdman
Bakının “Neftçi” futbol klubu UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsinin Rusiyanın "Arsenal” (Tula) komandası ilə ev oyununun hazırlığını davam etdirir.

Komandamız “Türk Hava Yolları Futbol Mərkəzi”ndə məşqə çıxıb.

Avqustun 1-də “Bakcell Arena”da keçiriləcək “Neftçi”–“Arsenal” görüşü saat 21:00-da başlayacaq. Oyununun biletləri artıq satışa çıxarılıb. Qiyməti 2, 5, 20 və 100 manat təşkil edən biletləri "Bakcell Arena” stadionunun kassalarından, həmçinin “Rahat market”, “Mega City” ticarət mərkəzindən, “Şahənşah” şadlıq sarayının birinci mərtəbəsi, “Metropark” mağazalarından və “Mega Store”dan əldə etmək mümkündür.

Kassalar hər gün saat 10:00-dan 21:00-dək işləyəcək. Oyun günü biletlər yalnız “Bakcell Arena”nın kassalarında satılacaq.

Qeyd edək ki, komandalar arasında Tulada təşkil olunan ilk oyunda Bakı təmsilçisi 1:0 hesabı ilə qalib gəlib.
Bu xəbər oxucular tərəfindən 407 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed