Şrift:
Mahnı Teatrında “Könül nəğmələri” adlı konsert olacaq
05.08.2019 [14:20] - Xəbərlər, Afişa
Sentyabrın 25-də R. Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında “Könül nəğmələri” adlı konsert proqramı təşkil olunacaq.

Ü. Hacıbəyli XI Beynəlxalq Musiqi Festivalı çərçivəsində reallaşacaq konsertdə solistlər - Səbinə Ərəbli, Nadir Qafarzadə, Zaur Əmiraslanov, Rövşən Əziz, İlkin Fuadoğlu, Rövşən Qəhrəmanov, Səbinə Babayeva, Kənan Qədimov, Lalə Məmmədova, Pərviz Verdiyev, Aynur İsgəndərli və Könül Məmmədli iştirak edəcəklər.

Konsertdə solistləri Tofiq Əhmədov adına Estrada-Simfonik Orkestri müşayiət edəcək.
Bu xəbər oxucular tərəfindən 33 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed