Şrift:
Divarlara həbsdə olan fəalların azadlığını tələb edən posterlər yapışdırılıb – Təbrizdə
06.09.2019 [11:36] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Güney Azərbaycanın Təbriz şəhərində divarlara həbsdə olan güney azərbaycanlı milli-mədəni fəalların azadlığa buraxılmasını tələb edən posterlər yapışdırılıb.

Posterlərə şəhərin müxtəlif məhəllələrində rast gəlinir.

Güney azərbaycanlı milli-mədəni fəallar təhlükəsizlik orqanlarının təqib və təzyiqlərinə rəğmən bütün riskləri göz önünə alaraq siyasi məhbuslara dəstək verməyə çalışır.

Posterlərin divarlara yapışdırılmasında məqsədlərdən biri də Azərbaycan ictimaiyyətinin diqqətini milli-mədəni fəallara edilən təzyiqlərə daha çox cəlb etməkdir.

“Azərbaycanlı siyasi məhbuslar özgür buraxılsın” yazılmış posterlərdə İranın müxtəlif zindanlarında məhbus həyatı yaşayan bir neçə azərbaycanlı milli-mədəni fəalın şəkili öz əksini tapıb.
Divarlara həbsdə olan fəalların azadlığını tələb edən posterlər yapışdırılıb – Təbrizdə Divarlara həbsdə olan fəalların azadlığını tələb edən posterlər yapışdırılıb – Təbrizdə
Bu xəbər oxucular tərəfindən 330 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed