Şrift:
“Yeddi nar çubuğu” – Kukla Teatrında hazırlanan yeni tamaşa belə adlanır
11.09.2019 [10:17] - Gündəm, Mədəniyyət
A. Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında Azərbaycan xalq nağılı “Yeddi nar çubuğu” əsasında yeni nümunə hazırlanır.

Bu barədə teatrın mətbuat xidmətinin rəhbəri Həmidə Rüstəmova məlumat verib.

Onun sözlərinə görə, yeni mövsümdə təqdim olunacaq tamaşanın səhnələşdirəni Zülfüqar Rüfətoğlu, quruluşçu rejissoru Qurban Məsimov, quruluşçu rəssamı Rəvanə Yaqubova, bəstəkarı Vüqar Camalzadədir.

Tam müasir tərtibat, yeni səhnə vasitələrinin tətbiqi ilə ərsəyə gələcək tamaşada klassik nağıl-tamaşa, vizual elementlərlə ənənəvi kukla üslubunun sintezi təqdim olunacaq.

Səhnə əsəri ilin sonunadək teatrsevərlərin ixtiyarına veriləcək.
Bu xəbər oxucular tərəfindən 433 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed