Şrift:
Gürcüstanda soydaşlarımızın Azərbaycan dilində təhsil aldığı 120 məktəb var
13.09.2019 [10:35] - Borçalı
Gürcüstanda soydaşlarımızın Azərbaycan dilində təhsil aldığı 120 orta məktəb var. Onlardan 80-i sırf Azərbaycan dilli məktəbdir. Qalan 40 məktəbdə isə Azərbaycan bölmələri fəaliyyət göstərir.

Bu fakt Gürcüstanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinin Təhsilin İdarəolunması üzrə İnformasiya Sistemi Mərkəzinin mətbuata məlumatında yer alıb.

Bildirilib ki, illik müqayisədə Gürcüstanın ictimai məktəblərində Azərbaycan bölmələrinin sayı artıb.

2018-2019-cu tədris ilində Gürcüstanda Azərbaycan bölmələrinin sayı 38 olub. Bu il isə onların sayı 40-a çatıb.

Növbəti illərdə azərbaycandilli məktəb və bölmələrin sayının artacağı istisna edilmir.

Xətayi Əzizov
Bu xəbər oxucular tərəfindən 628 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed